Fevralın 26-da Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və qurum əməkdaşları Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.
Abidə önünə güllər qoyulub, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub.